• cümə axşamı, 25 aprel, 06:17
  • Baku Bakı 14°C

“İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”

01.06.20 10:00 518
“İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”
"İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”
APA-nın məlumatına görə, bu barədə Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı tədqiqatçısı, həkim-virusoloq Viktor Lariçev RİA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, inşaat respiratorları xüsusi materialdan hazırlanmış daha yaxşı süzgəcdən ibarətdir: "Adi tibbi maskalar tozu o qədər də tutmayır, ancaq bu respiratorlar tozun udulmasına imkan vermir”.
Lariçev əlavə edib ki, sözügedən respiratorlar virusun yayılmasını, eyni zamanda virusdan qorunmağı təmin edir: "İnşaat respiratorları danışarkən, hətta asqırarkən və ya öskürərkən nəfəsdən ayrılan virusların ətrafa yayılmasının qarşısını alır”.
Həkim-virusoloq eyni zamanda, respiratorların üzü daha sıx bağladığını vurğulayıb.
banner

Oxşar Xəbərlər