Çinin xarici ticarəti 9,7 faiz artıb
Çinin xarici ticarətinin ümumi məbləği ötən il 30,51 trilyon yuan (təxminən 4,51 trilyon ABŞ dolları) təşkil edib. Bu, 2017-ci ilin göstəricisindən 9,7 faiz çox olmaqla yanaşı, ölkə tarixində rekord göstəricidir.
AZƏRTACxəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyinin və Baş Gömrük Administrasiyasının birgə açıqlamasında bildirilir.
Qeyd edilir ki, ötən il Çinin ixracı 7,1 faiz, idxalı isə 12,9 faiz artıb.