• bazar ertəsi, 03 fevral, 07:51
  • Baku Bakı 3°C

Çinin Mərkəzi Asiyada hegemonluq istəyi

11.12.20 18:21 489
Çinin Mərkəzi Asiyada hegemonluq istəyi
Rəsmi Pekin regionda iqtisadi kursu dəyişir
Bu gün tam əminliklə demək olar ki, SSRİ dağıldıqdan sonra sürətlə Mərkəzi Asiya regionuna nüfuz etməyə çalışan Çin, faktiki olaraq burada özünə möhkəm yer edə bilib. Bu ölkələrin bir çoxunu, Türkmənistan istisna olmaqla, iqtisadi asılılığına salmağa müvəffəq olub. Nüfuzlu "EvrasiaNet” nəşrində dərc olunan məqalədə, artıq rəsmi Pekinin regionda iqtisadi kursu dəyişdiyi vurğulanır. Artıq bu ölkə əvvəlki tək Mərkəzi Asiya regionunda iri infrastruktur layihələrini maliyyələşdirmir. Əvəzində Çin Xalq Respublikası istehsala üstünlük verməyə başlayıb: avtobus, sement zavodlarının istehsalına başlayıb. Əgər Pekin ssuda verirsə, bunu Çin İnkişaf Bankı və ÇXR "Eksimbank”ı vasitəsilə həyata keçirir. Yeni kursa keçid son 2-3 il ərzində prioritet təşkil etməyə başlayıb. Birincisi, qəbuledici dövlətlər iş yerləri yaradacaq layihələrə üstünlük verməyə başlayıblar. Bununla həm də ixracı genişləndirə və sənaye potensialı yaratmağa müvəffəq olacaqlar. İkincisi, adətən infrastruktur layihələrini maliyyələşdirən Çinin bankları artıq öz risklərini hesablamağa üstünlük verirlər. Lakin Mərkəzi Asiyanın hər bir ölkəsində indi vəziyyət fərqli şəkildədir.

Qazaxıstan

Çinin Qazaxıstana investisiyalarının birinci dalğası 2007-2013-cü illəri əhatə edir. Əsas etibarilə də karbohidrogen ehtiyatlarının, Mərkəzi Asiyadan Çinə neft və qaz ehtiyatlarının nəqli üçün boru xətlərinin inşası ilə bağlı idi. Son 3-4 ildə investisiyalar daha da diversifikasiya edilib. Onları bir çox hallarda sənaye potensialının inkişaf etdirilməsi də adlandırırlar. Qazaxıstan hökuməti uzun illər ərzində Pekinlə əməkdaşlıq edir və prioritetdə də birgə inkişaf layihələridir. 2019-cu il siyahısına bir çox kimyəvi, maşınqayırma və inşaatdan tutmuş kənd təsərrüfatına kimi bir sıra layihələr daxildir. Bir çox layihələri investisiya, əsasən də Nur-Sultan tərəfindən heç bir öhdəliyi olmayan Çin biznes investisiyaları adlandırılır. Onların sırasına istehsal gücü sutka ərzində 2500 ton sement klinkeri istehsal edəcək yeni Çin-Qazaxıstan sement zavodu, "Orda Class” şüşə zavodu və Karakandada yeni tikilən "Yutong” avtobus zavodu daxildir. İstehsal sferası hazırda Çinin Qazaxıstanda iqtisadi aktivliyinin əsas istiqamətidir. Buna baxmayaraq, Nur-Sultan mütəmadi olaraq kreditlərini ödəyir. Dövlət borcu getdikcə azalır, investisiyalar isə artır. Çin İnkişaf Bankı Qazaxıstanın dövlət müəssisələrinə ssuda verməkdə davam edir. Lakin indi yerli maliyyələşmə mənbələrini də cəlb etməyə çalışır. Buna misal kimi dəyəri 2,6 mlrd. dollar olan polipropilen istehsalı üçün zavodu göstərmək olar. Atırauda inşan edilən zavod Qazaxıstanın dövlət rifah fondlarından biri hesabına inşa edilir. Şirkət Çin İnkişaf Bankından 2 mlrd. dollar kredit götürüb. Çinin "China National Chemical Engineering Co” şirkəti trəfindən inşa edilən zavod işə düşdükdən sonra onu "KazMunauQaz” idarə edəcək. Çinin firmaları, eyni zamanda Qazaxıstanda günəş və külək elektrostansiyaları da inşa edirlər.
Özbəkistan

Özbəkistan, Çin maliyyəsi hesabına istehsal sahəsində, eləcə də, karbohidrogenlər sahəsində lider dövlətə çevrilməyə çalışır. Daşkənddə birbaşa investisiyalar və xarici borclarla bağlı hər hansı bir statistik məlumatlar dərc olunmur. Lakin investisiya və xarici ticarət nazirliyi iddia edir ki, 2018-2019-cu illər ərzində birbaşa investisiyaların həcmi 3,2 dəfə artaraq 2,9 mlrd. dollardan 9,3 mlrd. dollara yüksəlib. Buna səbəb ölkənin, İslam Kərimov vəfat etdikdən sonra beynəlxalq biznesə açıq olmasıdır. Çin İnkişaf Bankı vəd edib ki, sintetik yanacaq yağı istehsalı üzrə zavodun inşası çərçivəsində yaradılacaq beynəlxalq konsorsiuma 1 mlrd. dollar investisiya yatıracaq. Konsorsium isə zəruri olan 3,6 mlrd. dolların 2,3 mlrd. dollarını verməyə hazırdır. Çin bu layihədə, sadəcə, maliyyə mənbələrindən biridir. Konsorsiuma Cənubi Koreya, Yaponiya və Avropa daxildir. Bu layihə Özbəkistanı karbohidrogen xammalı idxalatçısından ixracatçısına çevirəcək. Bununla yanaşı, Özbəkistan Çinin CITIC Group və "Huawei” şirkətləri ilə birlikdə dövlət investisiya korporasiyası və 1 mlrd. dollarlıq investisiya sazişi imzalayıb. Bu layihə daxili istifadə üçün rəqəmsal infrastrukturun yaradılmasını nəzərdə tutur. Plana görə, 300 mln. dollar müşahidə üçün avadanlıqlar zavodunun inşasına görə nəzərdə tutulub. Əgər layihə reallaşarsa, Özbəkistan texnoloji avadanlıqların idxalatçısından istehsalçısına çevriləcək. Bundan əlavə, Çin 2016-cı ildə Özbəkistanda toxuculuq müəssisələrinə 250 mln. dollar sərf edib. Sonra isə əlavə olaraq 130 mln. dollar da bu sahəyə ayırıb. Çin tərəfdaşları Özbəkistanda sement zavodları da inşa ediblər. Qazaxıstanda olduğu kimi, burada da istehsal sahəsi iqtisadi aktivliyin əsas istiqamətidir. Özbəkistan Mərkəzi Asiyada yeganə dövlətdir ki, Çinə olan borc bu ölkədə artır. Yeganə istisna Türkmənistandır. Bu ölkədə vəziyyət o qədər qeyri-şəffafdır ki, heç bir xarici müşahidəçi Aşqabadın borcunu müəyyən edə bilmir. 2017-2019-cu illərdə "Eksimbank” 144 mln. dollar yeni hidrostansiyaların inşasına ayırıb. Bundan əlavə, Özbəkistana üç ədəd "Boeing 787-8 Dreamliner” təyyarəsinin alınmasını da Çinin İnkişaf Bankı maliyyələşdirib.

Tacikistan

Son beş il ərzində Çin bu ölkəyə iri məbləğdə kreditlər ayırıb. Rəsmi Pekin "əyləcə” sərt formada bassa da, Çin firmaları aktiv şəkildə dağ-sənaye, sement istehsalı, toxuculuq sənayesinə və kənd təsərrüfatına investisiyalar cəlb etməkdə davam edir. "Eksimbank”ın kreditlərindən fərqli olaraq, tacik hökuməti bu pulları geri qaytarmalı deyil. Birgə müəssisələr çərçivəsində Çin tərəfdaşları kapital qoyuluşunu təmin edir, tacik tərəfi isə torpaq sahəsi təqdim edir və nizamlayıcı orqanlardan icazənin alınmasını öz üzərinə götürür. Ayrı-ayrı sahələr üzrə Çin investisiyaları hesabına ixracı artırmaq mümkün olub. Məsələn, əgər 2012-ci ildə qızıl nəqli 2,4 ton təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 8,1 ton olub. Gümüş istehsalı da ötən il 17 faizə yüksəlib. Eləcə də, sement istehsalı sahəsində ciddi uğurlar əldə olunub. Hakimiyyət xaricilərə ölkədə səhmlər əldə etmək hüququ verən qanuna dəyişikliklər edib. Lakin bununla belə razılaşmanın təfərrüatları sirr kimi saxlanılır.
Çin hökuməti Tacikistan üçün istisna bir hal yaradıb. Söhbət Türkmənistandan Çinə uzanacaq qaz xəttindən gedir. Buna D xətti də deyirlər və ümumi dəyəri 3,2 mlrd. dollardır. 2013-cü ildə onun inşası barədə razılıq əldə olunub. Bu razılaşmaya uyğun olaraq, qaz xəttinin şaxələnməsinə cavabdeh kimi "Taciktransqaz” və Çinin Milli Neft korporasiyası götürülür. Əgər layihə itkilərlə üzləşərsə, onda tacik tərəfi, ola bilsin borcun bir hissəsini bağlamalı olacaq. İqtisadi nöqteyi-nəzərindən D xətti hazırda az məqsədəuyğun görünür. Layihələrin reallaşacağı təqdirdə, TALKO irimiqyaslı bir qaz kəmərinə çevriləcək. Çin tərəfi digər layihələrdə də iri paylara malik olacaq. Tacik tərəfi isə büdcəsinə iri həcmdə daxilolmaları təmin etmiş olacaq.

Qırğızıstan
Mərkəzi Asiyanın digər bir dövləti Qırğızıstana gəldikdə, bu ölkə Çindən dövlətlərarası kreditləri az həcmdə götürür. Lakin indiki halda bu, Qırğızıstanda tez-tez dəyişən hökumətlər səbəbi ilə bağlıdır. Tacikistanla bağlı vəziyyətdə olduğu kimi, Qırğızıstana da Çin Xalq Respublikasından özəl investisiya axını durmadan artır. Rəsmi Bişkek də bunlara görə, heç bir məsuliyyət daşımır. İri investisiyalar, əsasən neft emalı müəssisələrinə sərf olunur. Lakin kapital axını, xüsusi ilə əcnəbi kapitala, əsasən də Çin kapitalına olan etimadsızlıqla bağlıdır. Qırğızıstanda iri investisiyalar mütəmadi olaraq etirazlarla qarşılanır. Nəticədə, çox vaxt bu investisiyaların qarşısı alınır. Məsələn, ilin əvvəlində dəyəri 275 mln. dollar olan loqistik mərkəzin inşası təşəbbüsü baş tutmadı. Sahibkarları qorxudan başqa bir hal Qırğızıstanda ötən ay baş verən siyasi təlatümlər zamanı yerli etirazçıların Çin mədənlərini ələ keçirmələri oldu. Bu da yeni prezidentə ölkəyə investisiyaları cəlb etmək məsələsində problemlər və çətinliklər yarada bilər. Qırğızıstan və Tacikistanda Çin investisiyalarını əsas etibarilə təzə şirkətlər, yəni təcrübəsi az olanlar həyata keçirir. Onlar əsas etibarilə rəqabətə az qabiliyyətli sahələri seçirlər.
Bütün bunlar onu deməyə əsas verir ki, yaxın illərdə bölgədə Çinin nüfuzu xeyli artmış olacaq. Artıq bölgədə Rusiya getdikcə iqtisadi nüfuzunu itirmək üzrədir. Çin kapitalı, elə sahə yoxdur ki, ora nüfuz etməsin. Düzdür, Rusiyanın siyasi təsiri bu ölkələr üzərində güclüdür. Lakin nəzərə almaq gərəkdir ki, artıq ölkələri daha çox iqtisadi məsələlər maraqlandırır. Bundan əlavə, gələcəkdə Türkiyə də bölgəyə ciddi şəkildə nüfuz etməyə başlayacaq. Türkiyə ilə Azərbaycan arasında açılacaq dəhlizlə Türkiyə məhsulları Xəzər dənizi üzərindən bu ölkələrə daşınacaq.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər