AZE | RUS | ENG |

Çinin dövlət başçısının KXDR-ə rəsmi səfəri başlayıb

Çinin dövlət başçısının KXDR-ə rəsmi səfəri başlayıb
Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpinin iyunun 20-də Koreya Xalq Demokratik Respublikasına ikigünlük rəsmi səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, KXDR lideri Kim Çen Inın dəvəti ilə baş tutan səfər Si Cinpinin Çinin dövlət başçısı kimi Şimali Koreyaya ilk gəlişidir.
Çin tərəfi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümünə təsadüf edən bu səfərin ikitərəfli münasibətlərin inkişafında yeni mərhələni başladacağına inanır. Sinxua agentliyinin yaydığı məqalədə vurğulanır ki, bu səfər həm də gərgin vəziyyətin yarandığı bir dövrdə Koreya yarımadasında davamlı sülhün və sabitliyin təminatına kömək edəcək.
"Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Çin Kommunist Partiyası və Çin dövləti Çin-KXDR münasibətlərinin inkişafı və möhkəmlənməsi ilə bağlı qəti mövqe tutub və bundan sonra da tutacaqdır", - deyə Çin liderinin səfərdən əvvəl Şimali Koreya mətbuatında dərc olunmuş məqaləsində vurğulanır.
Qeyd edək ki, son bir ildə iki ölkə arasında ən yüksək səviyyədə dialoq intensiv xarakter alıb. Nüvə-raket proqramının dayandırılması ilə bağlı Şimali Koreyanın ABŞ-la apardığı danışıqlarla yanaşı, KXDR lideri Kim Çen In Birləşmiş Ştatların Prezidenti Donald Trampla iki dəfə, Çinin Sədri Si Cinpinlə isə üç dəfə görüşüb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9069
GEL 1 1 Gürcüstan larisi 0.5911
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1256
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1811
CHF 1 1 İsveçrə frankı 1.7284
KWD 1 1 Küveyt dinarı 5.589
TRY 1 1 Türkiyə lirəsi 0.3002