• cümə, 26 Aprel, 08:04
  • Baku Bakı 12°C

Çingiz Abdullayev gənclərlə görüşəcək

21.04.14 13:00 1553
Çingiz Abdullayev gənclərlə görüşəcək
Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) dəstəyi, Azərbaycan Yazıçılar Birliyi və "Odlar Yurdu" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq yazıçısı, dünyaca məşhur Çingiz Abdullayev Respublikanın ilk gənclər paytaxtı, Avropanın isə 2016-cı il üçün “Gənclər Paytaxtı” elan edilən Gəncə şəhərində görüş keçirəcək.
GŞİH-dən “Kaspi”yə bildirilib ki, yüzlərlə gəncin arzusunda olduğu tədbirin keçirilməsində əsas məqsəd gənclərin dünya şöhrətli yazıçıyla görüşünü təşkil etmək, onun tövsiyələrindən faydalanaraq gənclərin dünyagörüşünün inkişafına zəmin yaratmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməklə maariflənmələrinə münbit şərait yaratmaqdır. "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə Gəncədə ilk dəfə keçiriləcək görüş Heydər Əliyev Mərkəzində 29 Aprel 2014-cü ildə baş tutacaqdır.
Qeyd edək ki, Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyaca məşhur detektiv yazıçısı və publisistdir. 187 dən çox kitabın müəllifi olan yazıçı böyük oxucu kütləsi qazanıb.
banner

Oxşar Xəbərlər