• çərşənbə, 24 Aprel, 12:59
  • Baku Bakı 27°C

İngiltərəli azarkeş: Bakının dənizkənarı bulvarı valehedicidir

29.05.19 13:42 532
İngiltərəli azarkeş: Bakının dənizkənarı bulvarı valehedicidir
Bakıda ilk dəfə olmağımıza baxmayaraq, burada özümüzü evdəki kimi hiss edirik. İnsanlar çox sərbəst və rahat hərəkət edirlər. Bakının Dənizkənarı Bulvarı valehedicidir. Buradakı fəvvarələr çox xoşuma gəldi. Bakı gözəl və təmiz şəhərdir.
Bu sözləri UEFA Avropa Liqasının final oyununu izləmək üçün dostu Neil Ray ilə birlikdə Bakıya gələn ingiltərəli azarkeş Tabea VilhelmAZƏRTAC-a müsahibəsində deyib.
"Arsenal”a azarkeşlik etdiklərini vurğulayan Neil Ray bildirib: "Oyundan sonra Bakı ilə daha yaxından tanış olacağıq. "Arsenal”-"Çelsi” qarşılaşmasını səbirsizliklə gözləyirik. Oyunlardan sonra isə Bakı ilə daha yaxından tanış olmaq istəyirik. Artıq İçərişəhərdə olmuşuq. Bu bənzərsiz məkanla tanışlıq insanda unudulmaz hisslər oyadır. Ölkənizdə qalacağımız bir həftə ərzində paytaxtınızın görməli yerləri ilə ətraflı tanış olacağıq”.
banner

Oxşar Xəbərlər