• cümə axşamı, 28 mart, 20:26
  • Baku Bakı 13°C

İngiltərədə böhran görüşü

25.10.17 13:35 2173
İngiltərədə böhran görüşü
İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem”in baş məşqçisi Slaven Biliç uğursuz oyunlar seriyasından sonra futbolçularla qeyri-rəsmi şəraitdə görüşməyə üstünlük verib.
Kaspi.az xəbər verir ki, Biliç əvvəlcə komandanın kapitanı Mark Noublla böhran görüşü keçirib. Bundan sonra isə digər futbolçularla bir araya gəlib. O, görüş haqda məlumat verib:
"Əvvəlcə kapitanla böhran görüşü keçirdim, sonra isə digər futbolçularla. Hesab edirəm ki, bu görüşlər bizim xeyrimizə olacaq. Situasiyanı bilirik, oyunumuzu yaxşıya doğru dəyişməli və sabit olaraq xal toplamalıyıq.
Ötən mövsüm də ağır dövrümüz olmuşdu. Ancaq əzmlə çalışmağımız sayəsində o çətinliyi dəf edə bilmişdik. Mən komandanı irəli aparmalı və ən qısa zamanda oyun keyfiyyətini artırmalıyam”.
"Çəkiçdöyənlər” 9 turdan sonra turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıblar.
banner

Oxşar Xəbərlər