• cümə, 29 Mart, 15:49
  • Baku Bakı 14°C

İngiltərədə başla oyunu qadağan etdilər

25.02.20 12:15 1262
İngiltərədə başla oyunu qadağan etdilər
İngiltərə Futbol Assosiasiyası uşaq futbolunda qadağa tətbiq edib.
Kaspi.az xəbər verir ki, Assosiasiya uşaq futbolunda başlaa oyunu qadağan edib. Uşaqlara tapşırılıb ki, topa başla zərbə vurmasınlar.
Son vaxtlar İngiltərədə futbolun idmançıların sağlamlığına təsiri geniş şəkildə araşdırılır. Məlum olub ki, futbolla məşğul olanlarda demans xəstəliyinə tutulma adi insanlara nisbətən 3 dəfə çoxdur.
Alimlər bunu topa başla zərbə vurmağın əlaməti hesab edirlər. Bu riski nisbətən azaltmaq üçün uşaqlara topa başla zərbə vurmaq qadağan edilib.
Qadağa 12 yaşadək uşaqlara tətbiq olunacaq. 12 yaşdan 17 yaşadək olanlara isə həftədə bir dəfə məşqlər zamanı topa başla zərbə vurmağa icazə veriləcək. Onu da deyək ki, qadağa rəsmi oyunlarda yox, məşqlərdə tətbiq olunacaq.
banner

Oxşar Xəbərlər