• cümə axşamı, 25 aprel, 14:11
  • Baku Bakı 23°C

İngiltərə yığması azarkeşlərin dəstəyini hiss etmir

27.03.18 12:45 699
İngiltərə yığması azarkeşlərin dəstəyini hiss etmir
"Mançester Siti”nin və İngiltərə yığmasının yarımmüdafiəçisi Rahim Sterlinq azarkeşlərdən narazılıq edib.
Kaspi.az xəbər verir ki, Sterlinq İngiltərə yığmasının azarkeşlərin dəstəyini hiss etmədiyini bildirib. O, fanatların təzyiqinin bəzən sərhədləri keçdiyini də vurğulayıb:
"Hiss edirəm ki, bəzən olduqca çox neqativ hallar baş verir. Ancaq istəyirəm ki, daha çox dəstək sözləri eşidim. Futbolçular bilməlidir ki, azarkeşlər istənilən situasiyada onların yanındadır. Əgər onlar bizə mənəvi cəhətdən dəstək olsalar, onda tamamilə başqa İngiltərə görəcəklər.
Tənqid həmişə məyus edir. Mən başa düşürəm, azarkeşlər bizi ona görə tənqid edirlər ki, oyunumuzu yaxşılaşdıraq. Ancaq bəzən bunlar sərhədi keçir”.
banner

Oxşar Xəbərlər