• cümə, 29 Mart, 02:29
  • Baku Bakı 7°C

İngiltərə Premyer Liqasında daha 4 nəfər koronavirusa yoluxub

28.05.20 11:45 670
İngiltərə Premyer Liqasında daha 4 nəfər koronavirusa yoluxub
Futbol üzrə İngiltərə Premyer Liqasında klubların futbolçuları və əməkdaşları növbəti dəfə koronavirus testindən keçiriliblər.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, testlərdən 1008 futbolçu və əməkdaş keçib. Onlardan 4 nəfərində yeni növ koronavirus aşkarlanıb.
Koronavirus aşkarlanan şəxslərin adları və məxsus olduqları klubların adları açıqlanmır.
Qeyd edək ki, 17-18 may və 19-22 may tarixlərində klubların bir sıra futbolçusu və əməkdaşı koronavirus testindən keçirilib. İlk məthələdə 6 yoluxma halı, ikinci mərhələdə isə 2 yoluxma halı qeydə alınıb.
banner

Oxşar Xəbərlər