AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İngiltərə klubu müsəlman oyunçular üçün məscid tikdi

İngiltərə klubu müsəlman oyunçular üçün məscid tikdi

İdman
05 Aprel 2013, 17:14 1216
İngiltərənin “Nyukasl” klubu müsəlman futbolçuları üçün stadionun yaxınlığında məscid tikdirib.
Qol.Az-ın məlumatına görə, bu barədə “Mirror” qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, məscidin tikilməsini klubda çıxış edən müsəlmanlar tələb ediblər. Klub rəsmilərindən biri bu barədə fikirlərini bildirib:

“Yeddi müsəlman futbolçumuz var. Onlar hər oyundan əvvəl namaz qılırlar. Yeni məscid tikməklə onların daha rahat oynamalarına şərait yaratmış olduq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında ən çox müsəlman olan komanda “Nyukasl”dır. Klubun tərkibində Sisse, Tiote, Ben Arfa, Massadio, Mbiva, Sissoko və Mehdi Abeid kimi müsəlman futbolçular çıxış edir. Bu futbolçular bir müddət əvvəl islam qaydalarına zidd olduğunu əsas gətirərək formalarında mərc şirkətinin loqosunun olmasına etiraz etmişdi.