• cümə, 19 Aprel, 15:02
  • Baku Bakı 25°C

İngilislərə psixoloq nəzarət edəcək

06.09.17 13:10 1073
İngilislərə psixoloq nəzarət edəcək
İngiltərə yığmasının futbolçuları psixoloq nəzarəti altında olacaqlar.
Kaspi.az xəbər verir ki, yığmanın baş məşqçisi Qaret Sautqeyt federasiyaya müraciət edərək, komandaya psixoloqun lazım olacağını bildirib. O, DÇ-in final mərhələsinə daha yaxşı hazırlaşmaq üçün psixoloqun xidmətindən yararlanmaq istəyir.
İngiltərə yığmasına əvvəllər də psixoloqlar dəvət olunub. Ancaq onlar yığmada daimi əsaslarla çalışmayıblar. İndi isə baş məşqçi psixoloqun daim komanda ilə birgə olmasını istəyir.
İngiltərə 8 oyundan sonra 20 xal toplayaraq, F qrupunda liderlik edir.
banner

Oxşar Xəbərlər