• çərşənbə, 24 Aprel, 10:36
  • Baku Bakı 13°C

İngilislər 100 milyon verirlər, prezident satmır

25.07.18 12:40 571
İngilislər 100 milyon verirlər, prezident satmır
"Napoli”nin prezidenti Aurelio de Laurentis bundan sonra komandanın liderlərini satmayacağını bildirib.
Kaspi.az xəbər verir ki, "Napoli”nin liderlərindən olan Klaidu Kulibalinin də klubu tərk edəcəyi gözlənilirdi. Prezident özü də etiraf edib ki, Kulibali üçün İngiltərə Premyer Liqasının klublarından təkliflər var:
"Premyer Liqa klubları Kulibali üçün bizə 100 milyon avro təklif edirlər. Ancaq biz bu təklifi heç müzakirə də etməmişik. Kulibali satılmır. O, əla oğlandır. Bizim onunla heç vaxt problemimiz olmayıb”.
Mətbuatda yayılan məlumatlara görə, müdafiəçiyə "Çelsi” və "Mançester Yunayted” maraq göstərir.
banner

Oxşar Xəbərlər