AZE | RUS | ENG |

İngilis müəllim Qarabağ həqiqətlərindən danışdı - Fotolar

İngilis müəllim Qarabağ həqiqətlərindən danışdı - Fotolar
F. Roş: "Bu təhdid və qırğınlar ona görə olub ki..."

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə British School-ın direktor müavini Filip Roş Azərbaycanın cəbhə bölgəsində olub və xeyriyyə aksiyasında iştirak edib. O, Azərbaycanın müharibə bölgələrində yaşayan uşaqların üzləşdiyi çətinliklər barədə eşitdikdən sonra vəziyyəti öz gözləri ilə görmək istədiyini söyləyib.

BAMF-in prezidenti Umud Mirzəyev Filip Roşu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə məlumatlandırıb. Roş Tərtər rayonunun Həsənqaya kəndinə gələrək yerli sakinlərlə görüşüb. O, həmçinin ermənilər tərəfindən dağıdılan "Marağa 150" abidəsini ziyarət edib. Gördüklərdən təsirlənərən Filip Roş təəssüratlarını Eurasia Diary ilə bölüşüb. O, hekayəsini "Xəyal qurmaq olar, həqiqət isə acı olaraq qalır" adlandırıb.
 
 
 
"Bölgədəki mübarizə bir neçə ildir ki, azərbaycanlılara rahatlıq verməyən atəş və partlayış səsləri ilə davam edir. 1990-cı illərdə təzyiq artdı və tam miqyaslı bir müharibə yalnız soyqırım kimi təsvir edilə bilən sonluqla bitdi. Xocalı və digər regionlar yerlə yeksan olundu. Azərbaycan xalqına qarşı qırğınlar və soyqırımlar törədildi, minlərlə azərbaycanlı qətlə yetirildi".

Vəziyyət dəyişməz olaraq qalır, münaqişə zonası ümidsizliyə uğramış bir bölgə kimidir və burada insanlar ən kiçik şeylərini də itirməyin təzyiqi ilə yaşayırlar.
 
 

Araşdırmalar göstərir ki, günahsız kişini, qadını, uşaqları vəhşicəsinə qətlə yetirmək qorxutmağın bir üsuludur. Bu təhdid və qırğınlar ona görə olub ki, sadəcə bunu həyata keçirmək mümkün idi. Dünya isə Azərbaycan xalqına əslində dəstək olsa da passivlik nümayiş etdirir. Belə düşünürlər ki, nəsə edərək zorakılığı artırmış olacaqlar və status-kvonu saxlamaq ən yaxşı çıxış yoludur.

Bu davam edən qarşıdurma, insanların kimlik hüququ kimi torpaqlardan istifadə, gəlir əldə etmək üçün məhsul yetişdirmək hüququnu da əlindən alır.
 
 
 
Həyatda artım əvəzində kasıblıqla qarşılaşırlar. Onlara kömək edilir, lakin bu onların əsas ehtiyaclarını əhatə etmir. Onların mədəni ehtiyacı olan kimlik hissi itirilir və bu mövcud olmamağa bərabərdir. Sahib olmaq və mövcud olmaq daimi mübarizədir. Bu insanların necə yaşadığını görmək çox təsirlidir, bombalanmış evin qalıqları arasında  dostlarının, sevdiklərinin və ailələrinin həlak olduğunu bilərək yaşamaq mübarizə aparmalı olduqları ən çətin şeydir. Gənc insanlar gülümsəyir, söhbət edir, digər gənclər daxilindəki bu qaranlıq hiss ilə nə etməli olduğunu gözləyir. 
 
Təhsil və onu əldə etmək imkanları qazanılır, lakin bir çox məsələlər kimi bu da addım atarkən qətiyyət və istəyin olmasını, eləcə də BAMF-in gördüyü işə töhfə vermək üçün hazır olmağı tələb edir. Bu yolla biz gənclərə nəailiyyyət qazanmaları üçün şərait yaradırıq və bilirik ki, qayğıya ehtiyacı olan və kömək etmək istəyən insanlar var.
 
 

Mən Ukraynadakı vətəndaş müharibəsində olmuşam, Qahirədə bir sıra çətin anlarla üzləşmişəm, amma bunların heç biri mənimlə əlaqəli olmayıb. Əlbəttə mən təsirləndim, lakin çətin vəziyyətlərin mövcud olduğu ərazilər şəhərin zərər görməməsi üçün xüsusi məkan ilə məhdudlaşdırılır. Qahirədə də vəziyyət eyni idi, mənim gündəlik fəaliyyətim isə öz axarında davam edirdi. 

Tərtər rayonuna və sonra keçid məntəqələri vasitəsilə müharibə izlərinin qaldığı qəsəbəyə səfər mənim üçün çox təsirli oldu. Yalnız iki il əvvəl qəhqəhə və əyləncəli səslər eşidilən bombalanmış evdə indi səssizlik hökm sürür və vəfat edən gənc qızın səssiz qışqırığı həmişəlik cavabsız qalacaq.

Ermənistan-Azərbaycan müharibəsi hələ də həll olunmamış qalır. Ümumilikdə, insanlar Azərbaycanı Formula 1-dən başqa heç nəyə görə tanımırlar. Mənim baxışıma əsasən, bu konflikt bir ölkənin digərinə mənəvi və fiziki ağrılar yaşatmasına səbəb ola biləcək qəddarlıqdır. İstəyirəm ki, danışıqlar daha zəif variant kimi hesab olunmasın, əksinə daha təsirli addım sayılsın. Bu danışıqlar dinləyən və qəbul edən düşüncə və fəaliyyətlərdə dəyişikliyə səbəb olacaq. BAMF sülhün təbliğini istəyir, amma buna təkcə bu günlük və sadəcə passiv fəaliyyətlə deyil, ölümləri, ağrıları, emosional qarışıqlığı dayandıracaq bütov və mənalı yanaşma ilə nail olunmasını istəyir. Sülh tətbiq edilib və izlənilən ən çətin fəaliyyətdir.
 
 
 
Mən qısa səfərim ərzində səyahətimin başlanğıcında soruşdum ki, niyə bu konflikt haqqında məlumat yoxdur. Buna cavab güman ki, utandırıcıdir, amma əsasən doğru cavab sayıla bilməz. Bu unudulub, çünki səbəb çox hallanan və cəlbedici deyil. Halbuki müharibəyə cəlbedici bir məfhum kimi baxıla bilməz, bu termin iğtişaş və dağıntılar nəticəsində digərlərinə fayda verəcək və digər mülki qazanc gətirən termindir.
 
Mən əcnəbi kimi regiona səfər etdim, müharibə sənəti barədə az məlumatlı, diplomatiyada təcrübəsiz, sadəcə kömək etmək istəyi olan və ruhumda düşüncələrimi dəyişmədən ona rəng qatacaq izlərlə və bəzən yaranan fikirlərlə baş-başa qalaraq buranı tərk etdim. Ümid edirəm ki, mən gənclərin inkişaf və təbliğinə səbəb olacaq davamlı, birgə layihə hazırlayacam. 
 
Bu insanların ayağa qalxıb positivliyi təbliğ etməsi, təsirli fəaliyyət üçün passiv yanaşmalarını yenidən nəzərdən keçirməsi üçün əsl vaxtdır. Regionlar davamlı bombardmana, sular davamlı olaraq çirklənməyə və quraqlığa məruz qalır. Qida və digər ehtiyatlar tükənir və nəaliyyət imkanı üfüqdəki zərrəcik qədər uzaqda olur. 
 
Bu insanlar daha çoxuna layiqdirlər və daha çoxuna malik olmalıdırlar. Biz bunu o insanlara verən şəxslər ola bilərik.
 
Siz kömək edəcəksiz?
 
Birlikdə olanda bizi dayandırmaq mümkün deyil - və ya ən azından belə ola bilərik.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9052
GEL 1 1 Gürcüstan larisi 0.6115
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1644
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1782
CHF 1 1 İsveçrə frankı 1.6952
KWD 1 1 Küveyt dinarı 5.5881
TRY 1 1 Türkiyə lirəsi 0.2794