İngilis klublarının strategiyası almanları narahat edir
"Bavariya"nın idarə heyətinin sədri Karl-Haynts Rummeniggeni
İngiltərə klublarının gənc futbolçularla müqavilə bağlamaq üçün yararlandıqları
strategiya narahat edir.
Kaspi.az xəbər
verir ki, Rummenigge bir müddət əvvəl də verdiyi açıqlamada Premyer Liqa
klublarının bu yöndəki fəaliyyətini oğurluq cəhdi ilə müqayisə etmişdi. O, buna
qarşı mübarizə apardıqlarını, amma külli miqdarda vəsait xərcləmək istəmədiklərini
də bildirib:
"İngilis
klubları 10-12 yaşlı futbolçulara ciddi nəzarət edir və onları əldə etmək üçün
valideynlərə ağlasığmaz miqdarda pul təklif edirlər. Bu da narahatedicidir.
Biz onlarla rəqabət
aparmağa hazırıq, amma ağlasığmaz miqdarda vəsait xərcləməyin hesabına yox.
Bizim skautlar daha aqressiv işləməyə başlayıblar.
İndi seleksiya
işlərinə əvvəlkindən daha çox pul xərcləməyə hazırıq. Ancaq biz həmişə özümüzdən
soruşuruq: hətta bütün dünya yeni Messi axtaranda belə, dayanmaq zamanı nə vaxt
gələcək?”