• çərşənbə axşamı, 23 aprel, 18:44
  • Baku Bakı 20°C

İngilis klublarının strategiyası almanları narahat edir

09.03.18 12:40 636
İngilis klublarının strategiyası almanları narahat edir
"Bavariya"nın idarə heyətinin sədri Karl-Haynts Rummeniggeni İngiltərə klublarının gənc futbolçularla müqavilə bağlamaq üçün yararlandıqları strategiya narahat edir.
Kaspi.az xəbər verir ki, Rummenigge bir müddət əvvəl də verdiyi açıqlamada Premyer Liqa klublarının bu yöndəki fəaliyyətini oğurluq cəhdi ilə müqayisə etmişdi. O, buna qarşı mübarizə apardıqlarını, amma külli miqdarda vəsait xərcləmək istəmədiklərini də bildirib:
"İngilis klubları 10-12 yaşlı futbolçulara ciddi nəzarət edir və onları əldə etmək üçün valideynlərə ağlasığmaz miqdarda pul təklif edirlər. Bu da narahatedicidir.
Biz onlarla rəqabət aparmağa hazırıq, amma ağlasığmaz miqdarda vəsait xərcləməyin hesabına yox. Bizim skautlar daha aqressiv işləməyə başlayıblar.
İndi seleksiya işlərinə əvvəlkindən daha çox pul xərcləməyə hazırıq. Ancaq biz həmişə özümüzdən soruşuruq: hətta bütün dünya yeni Messi axtaranda belə, dayanmaq zamanı nə vaxt gələcək?”
banner

Oxşar Xəbərlər