• çərşənbə, 24 Aprel, 23:52
  • Baku Bakı 23°C

İnflyasiya birrəqəmli səviyyədə möhkəmlənməkdədir

01.08.18 12:30 540
İnflyasiya birrəqəmli səviyyədə möhkəmlənməkdədir
"İnflyasiya azalma trendini saxlayır və birrəqəmli səviyyədə möhkəmlənməkdədir".
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmovbu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2018-ci ilin 6 ayında orta illik inflyasiya 3% təşkil etməklə elan olunmuş hədəf dəhlizindən 6-8% aşağı səviyyədə qərarlaşıb.
"Orta illik inflyasiya son biri ilin maksimumundan, yəni 2017-ci ildə 14%-lik inflyasiya səviyyəsi ilə müqayisədə 4 dəfədən də çox aşağı düşüb. İnflyasiyanın aşağı düşməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal şəkildə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümü faktorla şərtləndirir. Bütün bunlar dünya əmtəə qiymətlərinin, o cümlədən dünya ərzaq qiymətlərinin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin daxili inflyasiyaya artırıcı təsirini müəyyən dərəcədə neytrallaşdırır", - deyə E.Rüstəmov vurğulayıb.
banner

Oxşar Xəbərlər