• cümə, 19 Aprel, 07:14
  • Baku Bakı 13°C

Çinə getmək istəyirmiş, Ançelotti qoymayıb

28.07.18 13:15 629
Çinə getmək istəyirmiş, Ançelotti qoymayıb
"Napoli”nin yarımmüdafiəçisi Marek Qamşik karyerasını İtaliyada davam etdirəcək.
Kaspi.az xəbər verir ki, Qamşikin Çin çempionatında çıxış etmək variantı olub. Ancaq slovakiyalı futbolçunu "Napoli”nin yeni baş məşqçisi Karlo Ançelotti fikrindən döndərə bilib:
"Çinə getmək haqda fikirləşirdim. Ancaq Ançelotti gəldikdən sonra mənə əlavə motivasiya verdi. O, mənimlə danışdı və oyun qurucusu mövqeyində çıxış edə biləcəyimi dedi. Bu da məndə maraq oyatdı.
"Napoli”nin forması mənim ikinci dərimdir. Biz skudettonu qazanmayana qədər mənim missiyam başa çatmış sayılmayacaq. Mən "Napoli”ni, azarkeşlər də məni sevirlər. Heç yerə getmirəm
Maradona həmişə birinci olacaq. Onun yanında dayanmağı təsəvvür etmək olduqca xoşdur. Ancaq bunun üçün ilk növbədə titul qazanmaq lazımdır”.
banner

Oxşar Xəbərlər