İndoneziyanın Azərbaycandakı səfiri ADU-da olub - Fotolar
Azərbaycan Dillər Universitetinin
(ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İndoneziyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Hüsnan bey Fanani ilə görüşüb.
Qonağı salamlayan professor Əfqan Abdullayev onu
ADU-da görməkdən məmnunluğunu bildirib. Universitetin tarixi, beynəlxalq əlaqələri,
tədris prosesi haqqında qonağa məlumat
verən Əfqan Abdullayev ADU-nun nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu
vurğulayıb. O, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən
söz açıb və İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.
Professor Əfqan Abdullayev İndoneziya ilə əlaqələrin inkişaf etdirilməsinin təhsil
sahəsindəki əməkdaşlığa da böyük töhfə
verəcəyini qeyd edib. O, ADU tələbələrininİndoneziya dilini, tarixini, mədəniyyətini
maraqla öyrəndiklərini deyib və onların mərkəzdə
fəaliyyət göstərən zəngin kitabxanadanistifadə etdiklərini nəzərə çatdırıb.
Səmimi qəbula görə təşəkkür edən İndoneziyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Hüsnan bey Fanani universitetdə olmaqdan məmnun
olduğunu qeyd edib. O, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin təhsil sahəsindəki
əməkdaşlığa da böyük töhfə verəcəyini bildirib. İndoneziya Araşdırmalar Mərkəzi
haqqında danışan səfir mərkəzin fəaliyyətini daha da genişləndirməyin əhəmiyyətli
olduğunu qeyd edib. Səfir müəllim-tələbə mübadiləsindən söz açaraq indoneziyalı
tələbələrin ADU-da Azərbaycan dilini öyrənə biləcəklərindən danışıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli
əlaqələrin inkişaf etdirilməsi, müəllim-tələbə mübadiləsi haqqında müzakirələr aparılıb.
Görüşdən sonra səfir
İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.