• cümə, 26 Aprel, 17:47
  • Baku Bakı 23°C

İndoneziyalı qonaqlar ADU-da olublar - Fotolar

18.11.16 16:43 1199
İndoneziyalı qonaqlar ADU-da olublar - Fotolar
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov İndoneziya Respublikasının Din Nazirliyinin xüsusi əməkdaşı Hadi Rahmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ADU-nun İnformasiya Departamentindən "Kaspi"yə bildirilib ki, professor Dünyamin Yunusov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. O, ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib.Professor təhsil müəssisəsində 20-dən çox müxtəlif dillərin tədris olunduğunu, burada 7 fakültə, 16 mərkəz və 25 kafedranın fəaliyyət göstərdiyini, həmçinin universitetin 7000-ə yaxın tələbəyə təhsil verdiyini qonaqların nəzərinə çatdırıb.O,ali təhsil ocağındafəaliyyət göstərən 17 dil və mədəniyyət mərkəzlərindən birinin dəİndoneziya Araşdırmalar Mərkəzinin olduğunu sözlərinə əlavə edib. D.Yunusov adıçəkilənmərkəzin əsasının 2010-cu ildən qoyulduğunuda qonaqların diqqətinə çatdırıb. ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin nəzdindəİndoneziyaşünaslıq ixtisası üzrə təhsil alantələbələrin İndoneziya dilinə böyük maraq göstərdiklərini bildirən professor D.Yunusovonların bu ölkənin tarixini, mədəniyyətini, coğrafiyasını dərindən öyrəndiklərini sözlərinə əlavə edib.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar ADU-da olmaqdan məmnunluqlarını dilə gətiriblər.İndoneziya RespublikasınınDin NazirliyininAraşdırmalar və İnkişaf Mərkəzinin əməkdaşı Xoyrul Fuad Yusuf ADU-da İndoneziya dilinin tədrisini yüksək qiymətləndirib və İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən şad olduğunu bildirdib.O, belə görüşlərin ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd edib.

Görüşdən sonra qonaqlar ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin İndonezsiyaşünaslıq ixtisasında təhsil alan tələbələrləgörüşüblər və mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.
Görüşdə tələbələrə İndoneziya Respublikası haqqında ətraflı məlumat verilib və mərkəzə kitablar təqdim olunub.



banner

Oxşar Xəbərlər