• şənbə, 27 Aprel, 08:37
  • Baku Bakı 12°C

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

08.12.16 10:33 732
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb
İndoneziyanın Açe əyalətindəzəlzələnəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
APA-nın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 750 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 136-nın vəziyyəti ağır kimi qiymətləndirilir.
Təbii fəlakət nəticəsində öz evlərini tərk etməyə məcbur olan 3200 nəfər xüsusi təxliyə mərkəzlərinə yerləşdiriliblər.
Xatırladaq ki, ötən gün İndoneziyada 6,4 bal gücündəzəlzələbaş verib. Yeraltı təkanların episentri Sumatra adasının şimalında, ocağı isə 10 km dərinlikdə yerləşib.
banner

Oxşar Xəbərlər