• cümə, 19 Aprel, 11:08
  • Baku Bakı 13°C

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 347-yə çatıb

09.08.18 12:15 407
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 347-yə çatıb
İndoneziyanın Lombok adası rayonunda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 347-yə çatıb.
AZƏRTACxəbər verir ki, bu barədə İndoneziyanın ANTARA xəbər agentliyi ölkə rəsmilərinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, 156 mindən çox insan zəlzələ bölgəsindən təxliyə olunub.
Xatırladaq ki, avqustun 5-də yerli vaxtla saat 11:45-də İndoneziyanın Lombok adası rayonunda 7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri adanın şimal hissəsində yer səthindən 10,5 kilometr dərinlikdə yerləşib.
banner

Oxşar Xəbərlər