• cümə, 29 Mart, 13:08
  • Baku Bakı 14°C

İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 2 mini ötüb

09.10.18 18:35 536
İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 2 mini ötüb
İndoneziyada sentyabrın 28-i baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 2 mini ötüb.
Trend-in məlumatına görə, bu barədə İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi xəbər verir.
Bundan əvvəl bildirilmişdi ki, 5 minə yaxın insan itkin düşüb və onları tapmaq hələdə mümkün olmayıb. İndoneziyanın xilasetmə xidmətləri axtarışları oktyabrın 11-də dayandıracaq.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub.
banner

Oxşar Xəbərlər