• cümə, 29 Mart, 05:03
  • Baku Bakı 7°C

İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb

29.12.18 19:49 494
İndoneziyada sunami nəticəsində 431 nəfər ölüb
İndoneziyanın Sumatra və Yava adalarında sunami nəticəsində431 nəfər ölüb, 7,2 min nəfər yaralanıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin rəsmi nümayəndəsiSutopo Nuqroxoöz "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, təbii fəlakət nəticəsində46 mindən çox yerli sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb, təqribən1,5 min yaşayış obyekti tamamilə dağılıb.
Daha çox insan itkisi Yava adasının Banten əyalətində yerləşən Pandeqlanq və Seranq rayonlarında, həmçinin Sumatranın Lampunq əyalətində qeydə alınıb.
Daha əvvəlİndoneziyada məktəb binasının uçması nəticəsində20 nəfər ölüb.1
banner

Oxşar Xəbərlər