• cümə, 19 Aprel, 08:11
  • Baku Bakı 13°C

İndoneziya səfiri: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq qurumların diqqət mərkəzində olmalıdır"

20.07.17 13:20 902
İndoneziya səfiri: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq qurumların diqqət mərkəzində olmalıdır"
"Dağlıq Qarabağmünaqişəsi beynəlxalq qurumların diqqət mərkəzində olmalıdır".
Bunu"Report"a İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani bildirib.
"Biz Alıxanlı kəndinin atəşə tutulması nəticəsində iki yaşlı azərbaycanlı qızın ölümünə çox təəssüflənirik. Bu, elə bir dəhşətli hadisədir ki, onun təkrarlamasını heç kəs istəməz", - səfir bildirib və qeyd edib ki, regionda vəziyyət gərgin olaraq qalır.
O, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qurumların diqqət mərkəzində qalmağın vacibliyini vurğulayıb və əlavə edib ki, Azərbaycan mətbuatı regionda vəziyyətlə bağlı beynəlxalq platformalarda məlumatların yayılmasında fəal olmalıdır: "Beynəlxalq ictimaiyyətin Yaxın Şərq, Fələstin və s.qayğıları var. Ona görə bu münaqişə barədə daha çox informasiyanın yayılmasını təmin etmək lazımdır".
banner

Oxşar Xəbərlər