• cümə axşamı, 28 mart, 15:19
  • Baku Bakı 16°C

İndiyədək Şəki-Zaqatala iqtisadi rayonundakı sahibkarlara 100 mln. manat kredit verilib

20.07.17 15:53 1120
İndiyədək Şəki-Zaqatala iqtisadi rayonundakı sahibkarlara 100 mln. manat kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, SKMF bu istiqamətdə növbəti işgüzar forumu bu gün Oğuz rayonunda keçirib.
İşgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, fond tərəfindən Oğuz rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, tütünçülük, üzümçülük, bağçılıq və arıçılıq təsərrüfatlarının, meyvəqurutma və pendir istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Forumda SKMF-in icraçı direktoru Şirzad Abdullayev fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2215 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,6 mln. manat güzəştli kredit verilib.
Forumda vurğulanıb ki, Şəki-Zaqatala iqtisadi rayonu üçün ənənəvi sahələrdən olan tütünçülüyün inkişafına dövlət maliyyə dəstəyi göstərilir. Ümumilikdə, indiyədək tütünçülüyün inkişafı ilə bağlı 120-dək sahibkara 2,4 mln. manatdan çox güzəştli kredit ayrılıb.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 515 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, tütünçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.
Tədbir çərçivəsində Oğuzda güzəştli kredit ayrılan tütünçülük təsərrüfatına və qarğıdalı əkini sahəsinə baxış keçirilib.
banner

Oxşar Xəbərlər