• çərşənbə, 17 Aprel, 01:25
  • Baku Bakı 14°C

İndiyədək «Şahdəniz»dən 42 mlrd. kubmetr qaz hasil edilib

05.06.13 16:54 1461
İndiyədək «Şahdəniz»dən 42 mlrd. kubmetr qaz hasil edilib
«Şahdəniz» layihəsinin başlandığı 6 illik dövr ərzində (Mərhələ 1 çərçivəsində) indiyədək yataqdan 42 mlrd. kubmetr qaz və 88 mln. barel neft kondensatı hasil edilib.
“APA-Economics”in xəbərinə görə, bu barədə “BP-Azərbaycan” şirkətinin prezidenti Qordon Birrel bu gün Bakıda işə başlayan “Caspian Oil&Gas-2013” Xəzər Neft-Qaz Konfransında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, yataqdakı hasilat qurğularının maksimum fəaliyyət gücü gündə 27 mln. kubmetr qaz və təxminən 55 min barel kondensat təşkil edib.
banner

Oxşar Xəbərlər