• şənbə, 20 Aprel, 01:22
  • Baku Bakı 15°C

İndiyədək 1377 məhkum amnistiyaya düşüb

03.06.13 17:11 1491
İndiyədək 1377 məhkum amnistiyaya düşüb
Milli Məclisinin 7 may 2013-cü il tarixli Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul olunmuş qərarlar əsasında bu günə kimi Amnistiya qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 1377 nəfər məhkuma tətbiq edilib.
Amnistiya Qərarının icrası Penitensiar xidmətin müvafiq Komissiyasının, Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir. Hazırda Amnistiya Qərarının icrası davam edir.
banner

Oxşar Xəbərlər