• cümə, 29 Mart, 19:17
  • Baku Bakı 14°C

İndiyədək 10 xarici ölkəyə 13 ixrac missiyası həyata keçirilib

09.01.18 16:15 612
İndiyədək 10 xarici ölkəyə 13 ixrac missiyası həyata keçirilib
İndiyədək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən 10 xarici ölkəyə - Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanına 13 ixrac missiyası təşkil olunub.
AZƏRTACxəbər verir ki, ötən il "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə 5 beynəlxalq sərgidə - "Gulfood 2017", "Prowein", "ANUGA", "Worldfood Moscow 2017" və "Honqkonq Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi"ndə ölkə sahibkarları vahid stendlə iştirak ediblər. Bu cür missiyalarda sahibkarlar öz potensiallarını nümayiş etdirmək imkanı da qazanırlar. Sahibkarlar rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verir və əməkdaşlıq imkanlarını müzakirə edirlər.
Qeyd edək ki, bu il oktyabrın 21-də Parisdə keçiriləcək "SIAL Paris - Qida məhsulları sahəsində biznesin təşviqi" adlı sərgidə Azərbaycanın qida məhsulları da sərgilənəcək. Həmçinin yanvarın 30-da Tehranda yemək sənayesi və yuyucu vasitələr, sanitariya, kosmetika, sellüloz sənayesi və onunla əlaqəli olan sənaye sahələrinin ilk ixtisaslaşdırılmış beynəlxalq sərgisində də Azərbaycan nümayəndə heyəti təmsil olunacaq. Bu il "Made in Azerbaijan" brendi altında yerli məhsulların xarici ölkələrdə təşviqi istiqamətində bir sıra missiyaların və sərginin təşkili nəzərdə tutulub. Bununla bağlı Tədbirlər Planı hazırlanıb.
banner

Oxşar Xəbərlər