• cümə, 29 Mart, 15:42
  • Baku Bakı 14°C

İndiyə qədər məhkum olunan jurnalistlərin əksəriyyəti əfv olunub

11.07.13 09:10 1807
İndiyə qədər məhkum olunan jurnalistlərin əksəriyyəti əfv olunub
“Həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı təşəbbüs olarsa, bu məsələyə baxıla bilər”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan jurnalistlərinin VI qurultayı çərçivəsində həbsdə olan jurnalistlərin azadlığa buraxılıb-buraxılmayacağı barədə suala cavabında PA rəsmisi bunları deyib: “Bununla bağlı hər hansı bir təşəbbüs yoxdur. Əgər belə bir təşəbbüs olarsa, bu məsələyə baxıla bilər. Bəzi jurnalistlərin, mətbu orqanların üzərində məhkəmə qərarları var. Bunu qurultayla əlaqələndirməyə ehtiyac yoxdur. İndiyə qədər məhkum olunan jurnalistlərin əksəriyyəti əfv olunub. Arzu edək ki, həbsdə olan jurnalistlərin qapısı açıq olsun, onlar həbsdən azad olunsunlar”.
banner

Oxşar Xəbərlər