• şənbə, 20 Aprel, 07:36
  • Baku Bakı 14°C

İndiyə qədər belə ağıllı məşqçi ilə rastlaşmayıb

12.04.19 11:34 704
İndiyə qədər belə ağıllı məşqçi ilə rastlaşmayıb
PSJ-nin futbolçusu Dani Alves komandanın baş məşqçisi Tomas Tuxel barədə danışıb.
Kaspi.az xəbər verir ki, Alves Tuxeli xeyli tərifləyib. O, Tuxeli indiyə qədər işlədiyi məşqçilər arasında ən ağıllı hesab etdiyini bildirib:
"Mən bu klubda olduğum müddətdə Tuxel burda gördüyüm ən yaxşı məşqçidir. İndiyə qədər belə ağıllı məşqçi ilə heç yerdə rastlaşmamışam.
O, oyunları olduqca yaxşı analiz edir. Onun məşqçilər korpusu fantastikdir”.
Tuxel PSJ-yə ötən ilin yayından başçılıq edir. PSJ Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted”ə məğlub olaraq mübarizəni dayandırıb.
banner

Oxşar Xəbərlər