• cümə, 29 Mart, 02:16
  • Baku Bakı 7°C

“İndiki generallar Şıxlinski və Mehmandarovu unutmamalıdır”

02.07.13 11:11 1864
“İndiki generallar Şıxlinski və Mehmandarovu unutmamalıdır”
APA-nın məlumatına görə, çıxış edən deputat Fazil Mustafa bildirib ki, general Şıxlinskinin qəbri Yasamalda pis vəsiyyətə düşüb.
O qeyd edib ki, eyni halı general Səməd bəy Mehmandarov da “yaşayır”: “Artıq bizdə Mehmandarov unudulub. Rusiya artilleriyasının Allahı sayılan Şıxlinskinin məzarının baxımsız qalması anlaşılmazdır. Bu gün Azərbaycanda çoxlu sayda general var. Yaxşı olar ki, o generallar indi haqqında danışdığım generalları unutmasınlar, örnək götürə bilsinlər”.
Deputat İqbal Ağazadə isə siyasi cəhətdən aktiv olan insanlar barədə dərhal həbs-qətimkan tədbirinin seçilməsinə toxunub: “Mən çox istərdim ki, yeni təyin olunan hakimlər özlərini müstəqil hiss edib, prokurorluqdan asılı olmasınlar”.
O, Tofiq Yaqublu, Yadigar Sadıqov, İlqar Məmmədov, “N!DA”çılar və digərlərinin azadlığa buraxılmasını istəyib.
Spiker Oqtay Əsədov bildirib ki, ədliyyə sistemində böyük islahatlar gedir: “Ədliyyə sistemində böyük işlər görülür. Ədliyyə Nazirliyində ictimaiyyətlə əlaqə ilə bağlı qurum varsa, bu işlər ictimaiyyətə çatdırılmalıdır”.
Deputat Sabir Rüstəmxanlı isə iclasda bir sıra şəhər məhkəmələrinə seçilən hakimlərin qeyri-müəyyən seçildiyini iddia edib: “Burada hakimlər seçildi, amma adları çəkilmədi. Niyə bir-bir ad çəkib, seçilənləri ayağa qaldırıb elan etmirlər?”
Spiker Oqtay Əsədov isə bildirib ki, namizədlərin adları və tərcümeyi-halları deputatlara paylanıb və bu da kifayətdir: “İstəmirdiniz, səs verməyəydiniz”.
banner

Oxşar Xəbərlər