AZE | RUS | ENG |

İndi qonşu ölkələrin Stalin repressiyalarına müəyyən dərəcədə haqq qazandırmaq kimi təşəbbüsləri var

İndi qonşu ölkələrin Stalin repressiyalarına müəyyən dərəcədə haqq qazandırmaq kimi təşəbbüsləri var
İndi qonşu ölkələrin Stalin repressiyalarına müəyyən dərəcədə haqq qazandırmaq kimi təşəbbüsləri var. Heç bir halda insan təlafatını "zərurət məntiqi” ilə nə izah etmək, nə də bağışlamaq olar.
Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində "Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Azərbaycan xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
Anar qeyd edib: "Belə bir muzeyin yaradılması mənim çoxdankı arzum idi. Dəfələrlə o vaxt deputat olduğum məclisdə şəhidlər muzeyinin yaradılmasını təklif etmişdim. Çox minnətdaram Sərhəd Xidmətinə, çox minnətdaram hörmətli Prezidentimiz İlham Əliyevə dəstəyinə görə ki, belə bir muzey axır ki, yarandı. Mən hətta o vaxt təklif edirdim ki, o uçurulmuş heykəlləri - Stalin, Kirov və başqaları dağıdılmasın, bu "KQB”-nin həyətində onları yığıb saxlasınlar. Vaxtilə onlar insanları göndərmişdilər, indi özlərinin heykəlləri orda qalsın və bu, ibrət dərsi olsun. Bu muzey bir ibrət dərsidir, bu tək bizim gunahsiz insanların xatirəsinə olan vicdan borcumuz deyil, həm də bir xəbərdarlıqdır ki, bu hal tarixdə təkrar olunmamalıdır. Mən burada babam – Azərbaycanın ilk Səhiyyə Naziri Xudadat bəy Rəfibəylinin də şəklini gördüm ki, o, məhz 1920-ci ilin mayın 20-də Nargin adasında güllələnmişdir".
Azərbaycan Yazıçılar Birliyinin sədri deyib ki, belə bir muzeyə həm cavanlar, həm də yaşlılar gəlməlidirlər.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006