• şənbə, 20 Aprel, 08:36
  • Baku Bakı 14°C

İndi dünyanın ən bahalı futbolçusu nə Messidir, nə də Ronaldo

09.01.19 13:10 736
İndi dünyanın ən bahalı futbolçusu nə Messidir, nə də Ronaldo
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) özünün xüsusi alqoritmi vasitəsilə dünyanı n ən bahalı futbolçusunu müəyyənləşdirib.
Kaspi.az xəbər verir ki, artıq dünyanın ən bahalı futbolçusu nə Messidir, nə də Ronaldo. Mərkəz "böyük beşlik”də oynayan futbolçuların transfer qiymətlərini hesablayıb.
Reytinq siyahısına PSJ-nin 20 yaşlı futbolçusu Kilian Mbappe başçılıq edir. Mərkəz ona 218,5 milyon avro qiymət qoyub.
İkinci yerdə 200,3 milyon avro qiymətlə "Totenhem”in futbolçusu Harri Keyn qərarlaşıb. Üçüncü pillədə PSJ-nin daha bir futbolçusu Neymar yer alıb. Onun qiyməti 197,1 milyon avrodur.
"Liverpul”un futbolçusu Məhəmməd Salah 184,3 milyon avro dəyərlər 5-ci pillədə qərarlaşıb. Lionel Messiyə 17,2 milyona avro qiymət qoyulub. O. 7-ci pillədədir.
Bəs Ronaldo? "Yuventus”un futbolçusunun dəyəri 127,2 milyon avrodur. O, bu dəyərlə yalnız 19-cu pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər