İndi dünyanın ən bahalı futbolçusu nə Messidir, nə də Ronaldo
Beynəlxalq İdman
Araşdırmaları Mərkəzi (CIES) özünün xüsusi alqoritmi vasitəsilə dünyanı n ən
bahalı futbolçusunu müəyyənləşdirib.
Kaspi.az xəbər
verir ki, artıq dünyanın ən bahalı futbolçusu nə Messidir, nə də Ronaldo. Mərkəz
"böyük beşlik”də oynayan futbolçuların transfer qiymətlərini hesablayıb.
Reytinq
siyahısına PSJ-nin 20 yaşlı futbolçusu Kilian Mbappe başçılıq edir. Mərkəz ona
218,5 milyon avro qiymət qoyub.
İkinci yerdə
200,3 milyon avro qiymətlə "Totenhem”in futbolçusu Harri Keyn qərarlaşıb.
Üçüncü pillədə PSJ-nin daha bir futbolçusu
Neymar yer alıb. Onun qiyməti 197,1 milyon avrodur.
"Liverpul”un
futbolçusu Məhəmməd Salah 184,3 milyon avro dəyərlər 5-ci pillədə qərarlaşıb.
Lionel Messiyə 17,2 milyona avro qiymət qoyulub. O. 7-ci pillədədir.
Bəs Ronaldo?
"Yuventus”un futbolçusunun dəyəri 127,2 milyon avrodur. O, bu dəyərlə yalnız
19-cu pillədə qərarlaşıb.