• cümə, 29 Mart, 15:32
  • Baku Bakı 14°C

İndi də o biri bacı etiraz etdi

05.12.18 11:30 646
İndi də o biri bacı etiraz etdi
Kriştiano Ronaldonun "Qızıl top” uğrunda mübarizədə Luka Modriçə məğlub olması onun ailəsi tərəfindən həzm olunmur.
Ronaldonun bacısı Katya Aveyrunun məsələ ilə bağlı etirazını təqdim etmişdik. O, "instaqram”da Ronaldonun şəklini paylaşaraq "futboldan anlayışı olanlar üçün Ronaldo ən yaxşıdır” yazmışdı.
Kaspi.az xəbər verir ki, Ronaldonun digər bacısı – Elma Ronaldo da "instaqram”da öz etirazını bildirib. O da qardaşının "Qızıl top”la olan şəklini paylaşaraq, daha kəskin ifadələr yaxıb:
"Təəssüf ki, futbol dünyası mafiya və çirkli pullar ucbatından xəstədir. Mən və bir çox başqaları isə ədalət görmək istəyirik. Allahın gücü bu çürüntülərin gücündən çoxdur. Ola bilsin ki, Allah ədaləti sübut etmək üçün tələsmir, amma o, heç vaxt səhvə yol vermir”.
banner

Oxşar Xəbərlər