İndi bir-birlərini daha çox axtarırlar
"Yuventus”un baş
məşqçisi Mauritsio Sarri "Cenoa” ilə qarşılaşmadan (3:1) sonra fikrilərini
bildirib.
Kaspi.az xəbər
verir ki, Sarri bu qarşılaşmada qol vuran Dibala və Ronaldo haqda da danışıb.
O, bu futbolçuların artıq bir-birlərini yaxşı anladığını vurğulayıb:
"Kollektiv oyun
göstərdik və 3 əla qol vurduq. Komanda İtaliya kubokundakı məğlubiyyətdən sonra
bərpa olunub.
Fiziki cəhətdən
yaxşı vəziyyətdəyik. Yalnız psixoloji durum üçün vaxt tələb olunurdu. Ronaldo və
Dibalanın oyunu?
Onların
meydandakı hərəkətlərində dəyişiklik var. İndi bir-birlərini daha çox
axtarırlar. Başa düşdülər ki, qarşılıqlı anlaşma hər iksinin lehinədir. Bunu məşqlərdə
də müşahidə edirəm”.
"Yuventus” 19
turdan sonra 72 xal toplayaraq A seriyasında liderlik edir.