AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatdı

Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatdı

Təfsilat
28 Fevral 2020, 10:15 315
Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 46 ölkədə 3664-ə yüksəlib, onlardan 57-si ölüb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
ÜST daha əvvəl yoluxanların sayının 3474 olduğunu, onlardan 54-nün ölümlə nəticələndiyini bildirmişdi.
Son məlumatlara görə, hazırda Çində yoluxanların sayı 78,630 nəfər təşkil edir, onlardan 2747 nəfər dünyasını dəyişib.
Dünyada koronavirusa yoluxan insanların ümumi sayı 82 294 olduğu bildirilib.