Çində mədəndə ölənlərin sayı 13 nəfərə çatıb
Çinin Quyçjou əyalətindəki kömür mədənlərindən birində qaz sızması nəticəsində baş verən hadisədən sonra itkin düşmüş 9 işçinin meyiti tapılıb. Bu barədə "Sinxua" informasiya agentliyi məlumat yayıb.
AZƏRTAC"RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.