AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çində koronavirusa yoluxanların 46 faizi sağalıb

Çində koronavirusa yoluxanların 46 faizi sağalıb

Təfsilat
28 Fevral 2020, 10:45 286
Çində yeni növ koronavirusa yoluxanların 46 faizi artıq müalicə olunub və evlərinə buraxılıblar.
Trend-in məlumatına görə, bu barədə ÇXR Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.
Son məlumatlara görə, Çində koronavirusa yoluxma hallarının sayı 78 824 nəfərə çatıb, onlardan 36 117 nəfəri müalicə olunub və xəstəxanalardan çıxarılıb ki, bu da xəstələrin ümumi sayının 45,8 faizini təşkil edir. Hazırda xəstəxanalarda daha 39 919 nəfər qalır.
Son zamanlar Çində epidemioloji vəziyyət yaxşılaşıb. Son günlər ölkə üzrə 327 yeni yoluxma hadisəsi aşkarlanıb, Hubei əyalətinin hüdudlarından kənarda isə yalnız doqquz hal qeydə alınıb. İlk dəfə olaraq gün ərzində xəstəxanadan çıxarılan xəstələrin sayı 3 min həddini keçib.