• cümə, 19 Aprel, 07:03
  • Baku Bakı 13°C

Çində 2019-nCoV koronavirusundan ölənlərin sayı 259 nəfərə çatıb

01.02.20 09:07 988
Çində 2019-nCoV koronavirusundan ölənlərin sayı 259 nəfərə çatıb
Çində 11,7 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 2019-nCoV koronavirusundan ölənlərin sayı 259 nəfərə çatıb.
Bildirilir ki, ən çox yoluxma və ölüm halları Hubey əyalətində qeydə alınıb (7,1 mindən artıq yoluxma halları, 249 ölü).
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

banner

Oxşar Xəbərlər