İncitmədən korluğa aparan xəstəlik - Araşdırma
Günelin 6
yaşından gözləri zəif görür. 25 yaşına qədər gözündəki zəifliyin ciddiyyətini
başa düşməyib. Ta ki, göz görmə qabiliyyətini itirənə qədər… : "Görməmdə
çətinlik çəkənə qədər gözümdə ciddi problem olduğunu bilmirdim. Əvvəllər adi
zəiflik idi. Bir müddət sonra kitab oxuyanda ikili görməyə başlayırdım. Artıq
görməmdə ciddi problem yaranmışdı. Bir dəfə bir gözümü əlimlə tutdum hiss etdim
ki, digər gözümlə bulanıq görürəm. Sonuncu mərhələdə qızartı olurdu. Gözümü
ovxalamaqdan bezmişdim. Günə, işığa qarşı çox həssas idim. Gündüzlər çölə
çıxmaq istəmirdim. Günə çıxan kimi gözüm yaşarırdı”.
Günel son
mərhələdə həkimə müraciət etdikdən sonra keratokonusla "tanış” olub. Məhz bu
xəstəliyə görə, sol gözü tam olaraq, görmə qabiliyyətini itirib. Sağ gözündə
isə xəstəliyin inkişafını saxlamaq üçün əməliyyat edilib.
Göz
zəifliyinin sürətlə yayıldığı bir dövrdə gənclər keratokonus təhlükəsi ilə
üz-üzə qalır. Bəs keratakonus nədir və necə yaranır?
"Xəstəlik 20-40 yaş arasında irəliləyir”
Oftalmoloq-cərrah Günay Əliyevadeyir ki, keratokonus gözün şəffaf təbəqəsinin yəni buynuz qişanın miopiya və
astiqmatı ilə birlikdə incəlməsi və qabarmasından yaranan xəstəlikdir. Həkimin
sözlərinə görə, əsasən yetkinlik dövründə başlayan xəstəlikdən insanlar ancaq
20 yaşından sonra xəbərdar olurlar: "Xəstəlik 20-40 yaş arasında irəliləyir və
40 yaşından sonra sabitdönəmə girir. Buynuz qişa gözün əsas hissəsindən
biridir. O, işıqları qıraraq fokuslayır və aydın görməyimizə kömək edir. Keratokonusda
buynuz qişanın forması dəyişilir və görmə pozulur. Keratokonus maşın sürmə,
kompyuterdə yazı yazma, televizora baxma və ya oxuma kimi bəzi fəaliyyətləri çətinləşdirə
bilər”.
Xəstəliyin
yaranma səbəblərinə gəldikdə isə, həkim deyir ki, səbəb tam olaraq bilinmir: "Xəstəliyin
yaranmasına genetik və mexaniki travmalar önəmli rol oynayır. Gözün ovulması,
sərt kontakt linza istifadə edilməsi, ekoloji faktorlar əsas səbəb kimi
görülür. Genetik uyğunluğu olan insanlarda bu xəstəlik irəliləyir”.
"Hər müayinədə fərqli eynək yazılırsa...”
Xəstəliyin simptomları haqqında məlumat verən həkim vurğuladı ki, gözdə tez-tez
allergiya və ya qaşıntı olması, nəsildə keratokonus xəstəliyinə rast gəlinməsi,
davamlı olaraq artan miopiya və astiqmatın olması, hər göz müayinəsində fərqli
eynək nömrəsinin yazılması, eynəklə də tam görməmək və işığa həssaslıq
xəstəliyin siqnalını verən əsas əlamətlərdir: "Bu simptomlar keratokonus
xəstəliyi riskinin yüksək nisbətdə olduğundan xəbər verir.Belə hallarda
oftalmoloqa müraciət etməyiniz məsləhətdir. Bəzən olur ki, eynək istifadə etmək
istəməyən, eksimer lazer müalicəsi üçün müraciət edən xəstələrdə buynuz qişanın
incəlməsi üçün edilən topoqrafiya tətbiqi zamanıtəsadüfən
keratakonus tapılır. Yəni məndə ola bilməz deməyin, gözü zəifliyi olan
hər kəsdə bu xəstəlik yaranıb, inkişaf edə bilər”.
İnkişafın
qarşısını alan müalicə üsuluna gəldikdə isə, həkimin sözlərinə görə, erkən
vaxtlarda eynək görməyə kömək edə bilər: "Görmə keyfiyyətiniartıran
müalicə, erkən zamanlarda eynək görmə üçün faydalı ola bilər. Həmçinin keratokonusa
görə kontakt linzalar, kornea içi halqalar istifadə oluna bilər. İnkişaf edən
zamanda kornea nəqlini etmək mümkündür”.
"Keratakonus ağrı verən xəstəlik deyil”
Həkim-oftalmoloq Fidan Abdullayevadeyir ki, keratakonus ağrı verən xəstəlik olmadığı üçün pasientlər təhlükənin
fərqinə varmırlar: "9 yaşından etibarən bu xəstəlik yarana bilər. Keratakonus ancaq
və ancaq görməni aparır, yəni, görmə zəifləyir. Başqa heç bir ağrı verən
xəstəlik deyil. Pasiyentlərin ən çox şikayətləri eynək nömrələrinin sürətli
artması ilə bağlıdır. Pasiyentlər aydan-aya başqa eynəyə keçirlər. Belə olan
halda artıq həkim də, pasiyent də şübhələnməlidir. Əgər tez-tez eynəyini
dəyişmək məcburiyyətində qalırsansa, keratakonus olma ehtimalın çoxdur”.
"4-cü mərhələdə xəstəliyin müalicəsi mümkün deyil”
Fidan
həkim də deyir ki, xəstəliyin yaranmasında genetik faktorlar böyük rol oynayır:
"Gözlərini tez-tez ovxalayan insanlarda bu xəstəlik inkişaf edir. Xəstəliyi nə
qədər tez aşkar etsək, müalicənin də effekti bir o qədər yaxşı olacaq, pasient
də yaxşı görəcəkdir. Əgər ilk mərhələdə aşkar olunarsa, hətta pasient 100 faiz
görə bilər. Amma xəstəliyin inkişaf etdiyi insanlarda cross-linkinq əməliyyatı
vasitəsilə prosesin inkişafını, get-gedə görmənin pisləşməsinin qarşısını
alaraq, görməni yaxşı vəziyyətdə saxlamaq mümkündür. İkinci mərhələdə də
prosesi dayandırmaq üçün əməliyyat mümkündür. Üçüncü mərhələdə görmə kifayət qədər
pisləşəcək. Hətta 3-4 faizə qədər azala bilər. Belə hallarda da əməliyyatla
gözün faizini saxlaya bilərik. Lakin dördüncü mərhələdə artıq heç bir müalicə
üsulunun xeyri yoxdur. Gözdə ağ ləkə əmələ gəlir. Bu ağ ləkə kənardan belə
gözün bəbəyində hiss olunur. Bu da görmənin qarşısını tamamilə alır. Belə
hallarda yalnız göz köçürmə əməliyyatı ilə görməni bərpa etmək mümkündür.
Xəstəyə donor göz köçürülməlidir”.
"Gözü ovxaladıqca, sanki xəmiri yoğuran kimi
yumşaldırıq”
Həkim
deyir ki, keratakonus daha çox quru, tozlu iqlimi olan bölgələrdə yaranıb,
inkişaf edir: "Çünki belə yerlərdə allergiya da çox olur. Qaşımaq, toz gözü
qıcıqlandıraraq keratokonusu yaradır. Xəstəliyi pasientlərə həmişə xəmir
yoğurmaq kimi izah edirəm. Hər birimizin gözündə buynuz qişamız var. O, möhkəmdir
və gözü qoruyur. Keratakonus xəstələrində buynuz qişa boşalır, sallanır, yumşalır.
Və biz gözü ovxaladıqca da sanki xəmiri yoğuran kimi yumşaldırıq.
Yumşaldığından artıq o bir az da sallanır. Sallandığından da görməyə maneə
olur. Daha sonra isə göz tam quruluşunu, yəni normal sferik quruluşunu itirib
ön hissəsi konus forması alır ki, bu da görməyə birbaşa mane olur”.
Həyəcan təbili
Həkimin
sözlərinə görə, xəstəlik hazırda ölkəmizdə çoxalan xətlə davam edir: "Azərbaycanda
bu xəstəliyə tutulanlar çoxdur. İlk dəfə keratakonusla bağlı kursu Almaniyada
keçdim. İspaniyada davam etdirərkən gördüm ki, bu xəstəliklə bağlı Küveytdən
gələn xəstələr həddindən artıq çoxdur. Azərbaycanda isə öz təcrübəmdən deyə
bilərəm ki, Naxçıvanda keratakonus xəstələri digər şəhərlərə nisbətən çoxlıq
təşkil edir. Özəlliyi odur ki, heç bir ağrı vermədən, görməni get-gedə azaldır.
Ona görə də, kiminsə genetikasında keratakonus varsa, onlar mütləq müayinədən
keçməlidir. Ən təhlükəlisi odur ki, keratakonusla gedən zəiflik bərpa olunmur.
Korluğa doğru gedir və ən yaxşı halda donor köçürülməlidir. Keratakonus xəstəni
incitmədən korluğa doğru aparır. Onu da qeyd edim ki, Azərbaycan MDB
ölkələrinin içində ən çox keratakonus xəstəliyinin olduğu ölkələrdəndir”.
Uzman həkim Məthiyə Öndərxəstəliyin daha çox gənclər arasında yayılmasını vurğulayaraq, onları diqqətli
olmağa çağırıb: " 15-30 yaşlı gənclər təhlükə altındadır. Əgər gözünüzdə
zəiflik varsa, mütləq həkimə müraciət edin. Valideynlərdən birində bu xəstəliyə
rast gəlinirsə, uşaqda da xəstəliyin olma ehtimalı 7 faiz nisbətindədir. Xəstəlik
20 və 40 yaş arasında irəliləyir və 40 yaşdan sonra stasionar dövrə daxil olur.
Yəni 40 yaşdan sonra artıq zəifləmə dayanır”.
Həkimlər
gənclərə 6 aydan bir çek up müayinələrdən keçməyi məsləhət görür. Vaxtında
müayinədən keçin ki, gözləriniz aydın olsun!
Aygün ƏZİZ