• cümə axşamı, 18 aprel, 11:52
  • Baku Bakı 12°C

İncəsənət Gimnaziyasının direktoru işdən azad olunub

31.03.15 11:03 1930
İncəsənət Gimnaziyasının direktoru işdən azad olunub
Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Mahuzər Şabanbəyova işdən azad olunub.
Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, M. Şabanbəyova martın 6-da öz ərizəsi ilə işdən azad edilib. Onun vəzifəsinin icrası təhsil müəssisəsinin ibtidai sinif rəhbəri Umnisə Nəcəfbəyovaya həvalə olunub. Yaxın günlərdə İncəsənət Gimnaziyasına direktor təyin olunacaq.
“A24.az”ın məlumatına görə isə, M. Şabanbəyova Azərbaycan Milli Konservatoriyasının prorektoru vəzifəsinə təyin edilib. Təyinatın Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin əmri ilə həyata keçirildiyi bildirilir.
banner

Oxşar Xəbərlər