• cümə, 19 Aprel, 23:39
  • Baku Bakı 24°C

“Çinar” rəqs ansamblının 60 illiyi qeyd edilib

07.11.19 18:30 1848
“Çinar” rəqs ansamblının 60 illiyi qeyd edilib
Dövlət Akademik Filarmoniyasında Azərbaycan Tibb Universitetinin (ATU) "Çinar” Rəqs Ansamblının 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə Səhiyyə Naziri Oqtay Şirəliyev, Təhsil Naziri Ceyhun Bayramov, Mədəniyyət və incəsənət Naziri Əbülfəz Qarayev və digər qonaqlar iştirak edib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli mərasimdə açılış nitqi ilə çıxış edərək Respublikamızda incəsənət və mədəniyyətin inkişafına dövlət səviyyəsində dəyər verildiyini qeyd edib "Şairlər yurdunun rəqqasə qızı Əminə xanım Dilbazinin 100 illik yubileyini qeyd edilməsi ilə bağlı Prezidentin 4 sentyabr 2019-cu il tarixli sərəncamı bunu bir daha sübut edir. Bu sərəncamda Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətləri olan Əminə xanımın 100 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanması tapşırılıb. Əminə xanım ömrünün 47 ilini Azərbaycandakı ilk qadın ansamblı olan "Çinar” rəqs qrupuna həsr edib”.
G.Gəraybəyli bildirib ki, 1959-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılan "Çinar” rəqs ansamblı qısa müddətdə tamaşaçıların rəğbətini qazanıb. Ansamblın Moskvada keçirilən "Azərbaycan mədəniyyəti günləri”ndəki çıxışı çox bəyənilib. Ansambl yarandığı ilk gündən dünyanın müxtəlif ölkələrində uğurla çıxış edərək Azərbaycan rəqsinin, mədəniyyətinin nə qədər zəngin olduğunu dünya xalqlarına göstərib.
ATU rektoru bildirib ki, 60 il ərzində 1000-dən artıq tələbə ansamblın üzvü olub: «Bu tələbələr istedadları ilə digərlərindən fərqləndiklərindən ansambla üzv ediliblər. Onlar həkimlik sənəti ilə yanaşı, rəqsin incəlikləri ilə də dərindən tanış olublar. Təsadüfi deyil ki, Əminə xanımı "Azərbaycan rəqs sənətinin şahzadəsi” adlandırırlar. Onun əsasını qoyduğu "Çinar” rəqs ansamblı bu gün də universitetimizdə ustad sənətkarın ənənələrini şərəflə davam etdirir”.
Çıxışlardan sonra "Çinar” rəqs ansamblının tarixi, fəaliyyəti haqqında film izlənilib.
Tədbirdə yubileyi qeyd edilən "Çinar” rəqs ansamblının hazırladığı səhnəciklər, rəqslərlə yanaşı, tələbələrin ifası da səsləndirilib




banner

Oxşar Xəbərlər