• şənbə, 20 Aprel, 07:51
  • Baku Bakı 14°C

İnanmazsınız, amma ən bahalı məşqçi odur

02.04.19 11:13 657
İnanmazsınız, amma ən bahalı məşqçi odur
İldə ən çox qazanan məşqçilərin siyahısı açıqlanıb.
Kaspi.az xəbər verir ki, "France Football”un açıqladığı siyahı təəccübə səbəb olub. Məsələ burasındadır ki, siyahının ilk pilləsində "Atletiko”nun baş məşqçisi Dieqo Simeonedir.
Simeonenin "Atletiko”da illik qazancı 41 milyon avrodur. İkinci yerdə "Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyodur. Onun MY-də qazancı 32 milyon olub.
Maraqlıdır ki, "Monako”da cəmisi 2 ay çalışan Tyerri Anri siyahıda 3-cü yerdədir. O, istefaya göndərildiyi üçün klubdan 25,5 milyon avro kompensasiya alıb.
"Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola 24 milyon avro qazancla 4-cü, "Barselona”nın baş məşqçisi Ernesto Valverdo 23 milyon avro gəlirlə 5-ci pillədədir.
banner

Oxşar Xəbərlər