• cümə, 29 Mart, 13:31
  • Baku Bakı 14°C

İnanır - “Çelsi”nin yaxşı müqavilə təklif edəcəyinə

30.05.17 14:15 1236
İnanır - “Çelsi”nin yaxşı müqavilə təklif edəcəyinə
"Çelsi”nin qapıçısı Tibo Kurtua komandada qalmaq istədiyini bildirib.
Kaspi.az xəbər verir ki, Kurtua London klubunda xoşbəxt olduğunu deyib. Belçikalı qapıçı "Çelsi”nin ona yaxşı təkliflərlə yeni müqavilə təklif edəcəyinə inandığını vurğulayıb:
"Yeni müqavilə ilə bağlı müzakirələrə hələ başlamamışıq. Ancaq mən burda xoşbəxtəm. İnanıram ki, klub məni yaxşı müqavilə ilə mükafatlandıracaq. Belə olsa, dərhal qol çəkəcəm”.
Kurtuanın qüvvədə olan müqaviləsi 2019-cu ildə başa çatır. O, bu mövsüm Premyer Liqada 36 oyunda meydana çıxıb. Kurtua bu qarşılaşmaların 16-da qapısının toxunulmazlığını qoruya bilib. O, cəmisi 28 qol buraxıb, 1 sarı vərəqə alıb.
banner

Oxşar Xəbərlər