• çərşənbə axşamı, 23 aprel, 16:42
  • Baku Bakı 24°C

İnam Kərimov: “Ağdam atçılıq təsərrüfatının fəaliyyəti yenidən təşkil ediləcək”

07.05.18 11:15 772
İnam Kərimov: “Ağdam atçılıq təsərrüfatının fəaliyyəti yenidən təşkil ediləcək”
"AğdamAtçılıq təsərrüfatı sentyabr ayından başlayaraqdünya standartlarına uyğun fəaliyyət göstərəcək”.
BunuAPA-ya açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib. "Ağdamatçılıq təsərrüfatı ilə tanış oldum. Dövlət başçısının göstərişi ilə atçılıq təsərrüfatının inkişafı üçün investisiya qoyuluşu təmin edilir. Bu ilin sentyabr ayınadək təsərrüfatda atların sayının artırılması, onlara qulluq və Qarabağ at cinsinin ən yüksək səviyyədə yetişdirilməsi üçün şərait yaradılacaq", - deyə nazir söyləyib.
İ. Kərimov ölkə ərazisində fəaliyyət göstərən iri və xırdabuynuzlu dövlət təsərrüfatlarında da yenidənqurma işlərinin aparılacağını bildirib. O, xaricdən gətirilən toxumların qiymətinin baha və məhsulun keyfiyyətinin aşağı olmasından narazı qalan fermerlərin bu narahatlığına son qoyulacağını vurğulayıb: "Məhsuldarlığın artırılmasında əsas şərtlərdən biri keyfiyyətli toxumla təmin edilməkdir. Bizim toxum fondumuz var, əsas məqsədimiz bu prosesi yenidən revizə etməkdir. Çalışacağıq ki, Azərbaycan istehsalı olan toxumlar yaradaq”.
banner

Oxşar Xəbərlər