• cümə, 29 Mart, 02:21
  • Baku Bakı 7°C

Çin və Sinqapur PLR sisteminə qoşuldu

18.07.16 10:25 1330
Çin və Sinqapur PLR sisteminə qoşuldu

Kitabxanaların gələcəyi ilə bağlı aramsız həyəcan siqnalları verilsə də, bir çox inkişaf etmiş ölkədə xalq kitabxanalarının sayı getdikcə azalsa da, Avropa Birliyi ölkələri başda olmaqla, əksər ölkələrdə kitabxanalar müəlliflərə pul paylamağa və ən müxtəlif üsullarla kitabsevərləri və yazarları, eləcə də kitabxanaların ictimai-mədəni həyatdakı rolunu dəstəkləməyə davam edirlər. 1946-cı ildən tətbiq olunan müəllif hüquqları təzminatı "Borc Kitab Vermə Haqqı” ("Public Lending Right” – PLR) kitabxanalardan alınan pulların müəllif hüquqlarını təmin edilməsinə və müəlliflərin maddi sıxıntılar çəkməməsinə imkan yaradır. Məsələn, Finlandiya hər il yazarlar tərəfindən əhalinin daha münasib qiymətlə istifadə edə bilməsi üçün kitabxanalara pulsuz verdiyi kitablar üçün edilən ödəmələrdən 8 milyon avro gəlir əldə edir. Hökumət 2018-ci ildə bu rəqəmi 14 milyona çıxarmağı planlaşdırır. Belçikada isə bu rəqəm ötən il 30 milyon avroya çatıb. Polşa isə sistemə yeni qoşulduğu üçün ötən il bu rəqəm cəmi 1,4 milyon avro olub. Mədəni həyatı canlandırmaq və qiraətçi auditoriyaya dəstək vermək məqsədilə ilk dəfə Danimarka və Skandinaviya ölkələrində tətbiq edilmiş bu sistem həm də dövlətin verdiyi milyonlarla maddi dəstək nəticəsində yazarların maddi vəziyyətinin yaxşılaşdırılması, ədəbi işlə daha rahat məşğul olmaları və daha keyfiyyətli əsərlərin meydana çıxması üçün münbit şərait yaradır. PLR sisteminə qoşulmuş 53 ölkənin 29-u Avropada yerləşir. Avstriya, Xorvatiya, Kipr, Çexiya, Estoniya, Fransa, Almaniya, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Lixtenşteyn, Lüksemburq, Malta, Hollandiya, İspaniya, İsveç kimi ölkələrin də daxil olduğu bu sistemə son qoşulan ölkələr Kanada, İsrail, Yeni Zenlandiya və Avstraliya olub.

Cari ilin iyul ayının 1-də isə Çin və Sinqapur bəzi xırda tematik əskikləri də qısa zamanda həll etmək sözü verərək, sistemə qoşuldu. PLR-dan yayılan məlumata görə, növbəti bir il ərzində hər iki ölkədə nə qədər kitabın borc verilməsi və bu kitablara tələbatın nə qədər olması nəzarətdə saxlanılacaq. Bunun üçün hər iki ölkəyə nəzarət-müşahidə şurası təyin edilib. Ölkənin bu sistemdən nə qədər qazanacağı və haqq sahiblərinə nə qədər ödəniş edəcəyi də PLR-in nəzarətində olacaq. İşin maraqlı tərəfi isə odur ki, bu sistemə daxil olmayan Cənubi Amerika, Afrika və Mərkəzi Asiya ölkələri arasında ABŞ da var.

Bəs müəlliflərə verilən ödəmələr necə hesablanır?

PLR sisteminə qoşulan hər bir ölkəyə iki hesablama mexanizmi təklif edilir. Bəzi ölkələrdə ödəmə bütün ölkə kitabxanalarına bir kitabın neçə nüsxəsinin borc verilməsi nəzərə alınaraq hesablanır. Bu sistemdə daha çox nüsxə borc verən müəllif kitablarının nə qədər oxunub-oxunmamasından asılı olmayaraq, nüsxə başına təyin edilən məbləğə uyğun ödəniş alır. Kanada, Danimarka, Yeni Zenlandiya kimi ölkələr bu cür hesablama sistemi tətbiq edirlər.

Bəzi ölkələrdə isə ilin sonunda hansı kitabdan nə qədər insanın istifadə edilməsi üzrə hesablama aparılır. Bu sistemdə kimin əsəri üçün daha çox müraciət varsa, həmin müəlliflər daha çox təzminat alır. İngiltərə, İrlandiya, İsveç, Hollandiya, İslandiya, Estoniya kimi ölkələr isə bu hesablama sistemini tətbiq edirlər.

Məlumat üçün onu da qeyd edək ki, PLR sisteminə qoşulmaq üçün müraciət etmiş və artıq hazırlıqlara başlamış ölkələr isə Türkiyə, Korea və Portuqaliyadır.

banner

Oxşar Xəbərlər