Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

Təfsilat
25 Avqust 2019, 10:12 3557
Çin Xalq Respublikasının Sədri Si Cinpin orduya döyüş qabiliyyətini və hazırlığını yüksəltməyi davam etdirməyi tapşırıb.
 
AZƏRTAC xəbər verir ki, Si Cinpin Çin Xalq Azadlıq Ordusu hərbi hava qüvvələrini Qansu vilayətində yerləşən bazasındakı şəraitlə tanış olarkən hərbçilərə belə bir tapşırıq verib. O, silahlı qüvvələrin Çin Kommunist Partiyasının güclü ordu quruculuğu ilə bağlı nəzəriyyəsini, habelə ölkənin müdafiə strategiyasını və siyasətini tam dərk etməli və həyata keçirməli olduğunu deyib.
 
Sədr Si Cinpin ordunun oktyabrda ÇXR-in yaranmasının 70-ci ildönümünü yeni nailiyyətlərə qeyd etməyə çağırıb. O, hərbi hava qüvvələrinin bazasında xidmətin gedişi ilə tanış olub, bazanın fəaliyyəti və təlimləri barədə məlumatlandırılıb.
 
ÇXR lideri təlimləri real döyüş şəraitinə maksimum yaxın şəraitdə keçirilməyi tövsiyə edib.
Çində silahlı qüvvvələrin ən yuxarı idarəetmə orqanı Mərkəzi Hərbi Şuradır. Onun hazırki sədri Çin Xalq Respublikasının Sədri, Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpindir.