Çin İctimai Elmlər Akademiyasının prezidenti ilə görüş keçirilib
Azərbaycan
Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı
iləÇinin Qansu vilayətinin İctimai Elmlər Akademiyasının prezidenti Vanq Fuşenq universitetin professor-müəllim
heyəti ilə görüşüb.
Konfutsi İnstitutunun Azərbaycan
tərəfindən direktoru, professor Rafiq Abbasov iştirakçıları İnstitutun elmi və
ictimai fəaliyyəti, tədris prosesi, həmçinin tarixi İpək yolunun dirçəlməsi ilə
qlobal "Bir kəmər və bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində
aparılan araşdırmalar haqqında məlumatlandırıb.
Vanq Fuşenq görüşdən məmnunluğunu
ifadə edərək Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni
zamanda Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə
tanış etməsini yüksək qiymətləndirib. O, Konfutsi İnstitutunun aktiv fəaliyyətinin
Azərbaycan və Çin xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə
böyük töhfələr verdiyini vurğulayıb.
Sonda ictimai elmlər sahəsində
əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.